Yeni Zelandiyada dövlət bayrağının seçilməsi üzrə referendumun yekun turu başlayıb

Yeni Zelandiyada dövlət bayrağının seçilməsi üzrə referendumun yekun turu başlayıb İlkin nəticələr martın 24-də elan olunacaq
Digər ölkələr
3 Mart , 2016 12:38
Yeni Zelandiyada dövlət bayrağının seçilməsi üzrə referendumun yekun turu başlayıb

Bakı. 3 mart. REPORT.AZ/ Yeni Zelandiyada referendumun ikinci turu başlayıb. Həmin referendumda ölkə vətəndaşları dövlət bayrağının dəyişdirilməsinin "lehinə" və ya "əleyhinə" səs verməlidir. 

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Seçicilər indiki və eskizində gümüş ayıdöşəyi (qıjı) budağı təsvir olunan alternativ bayraq arasında seçim etməlidirlər. 

Bütün ölkə üzrə 3 mln.a yaxın bülleten paylanılıb, seçim poçt vasitəsilə həyata keçirilir. Qərar sadə səs çoxluğu ilə qəbul ediləcək. 

İlkin nəticələr martın 24-də elan olunacaq.

Referendumun birinci turu ötən ilin sonunda keçirilib. O zaman ölkə sakinləri təqdim olunan beş eskizdən birini seçiblər. 

Son xəbərlər

Orphus sistemi