​Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ baş verib

​Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ baş verib Sunami təhlükəsi yoxdur
Digər ölkələr
16 May , 2016 07:24
​Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ baş verib

Bakı. 16 may. REPORT.AZ/ Sakit okeanın Fransaya məxsus olan Yeni Kaledoniya inzibati ərazisində 5,9 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 11.41-də qeydə alınıb. Episentr İl-Hanter adasından 92 km. şərqdə, ocaq isə 10 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.

Son xəbərlər

Orphus sistemi