Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının bir əsgəri öldürülüb

Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının bir əsgəri öldürülüb Qiyamçı husilər Səudiyyə Ərəbistanının ərazisini atəşə tutublar
Digər ölkələr
15 Oktyabr , 2016 09:50
Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının bir əsgəri öldürülüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının əsgəri həlak olub.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Canzan rayonunda baş verib.

Məlumata görə, Yəməndəki qiyamçı husilər Səudiyyə Ərəbistanının ərazisini atəşə tutublar. Nəticədə bir hərbçi ölüb. Husi qiyamçıları krallığın ərazisinə davamlı olaraq, atəş açırlar.

Səudiyyə Ərəbistanı Yəmənin Sana şəhərini bombalayandan sonra iki ölkənin sərhədində tez-tez atışma baş verir.

Səudiyyə Ərəbistanı təyyarələrinin Sananı bombalaması nəticəsində azı 140 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Həmin hadisədən sonra Yəməndəki qiyamçıların Səudiyyə Ərəbistanı sərhədinə basqınlar belə etdikləri haqda xəbər yayılıb. 

Son xəbərlər

Orphus sistemi