​Yəmənin Taiz şəhərinin atəşə tutulması nəticəsində 17 nəfər ölüb

​Yəmənin Taiz şəhərinin atəşə tutulması nəticəsində 17 nəfər ölüb Mərmilərin partlaması nəticəsində 30 nəfər yaralanıb
Digər ölkələr
3 İyun , 2016 21:40
​Yəmənin Taiz şəhərinin atəşə tutulması nəticəsində 17 nəfər ölüb

Bakı. 3 iyun. REPORT.AZ/ Yəmənin Taiz şəhəri raket-artilleriya atəşinə tutulub. Mərmilərin bazarda və avtobus dayanacağında partlaması nəticəsində 17 dinc sakin ölüb, 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü tibbi mənbələrə istinadən "Associated Press" məlumat yayıb.

İnsident cümə günü bazarda insanların çox olduğu vaxtda baş verib. Yerli tibb komitəsi nümayəndəsinin agentliyə verdiyi məlumata görə, ölən və yaralananlarla yanaşı, bir neçə ev dağılıb.

Son xəbərlər

Orphus sistemi