Yəmənin daxilindəki siyasi qüvvələrin konfransı mayda Ər-Riyadda baş tutacaq

Yəmənin daxilindəki siyasi qüvvələrin konfransı mayda Ər-Riyadda baş tutacaq "Konfransda Yəmənin bütün siyasi qüvvələri iştirak edəcək"
Digər ölkələr
2 May , 2015 15:03
Yəmənin daxilindəki siyasi qüvvələrin konfransı mayda Ər-Riyadda baş tutacaq

Bakı. 2 may. REPORT.AZ/ Yəmənin bütün siyasi qüvvələrinin iştirak edəcəyi konfrans mayın ortalarında Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Bədr Məhəmməd Bəsləmə bildirib. 

"Konfransda husilər və Əli Abdulla Salehdən başqa, Yəmənin bütün siyasi qüvvələri iştirak edəcək", - "Əhbar Yəmən" xəbər internet portalı nazirin sözlərini dərc edib. B.M.Bəsləmə, həmçinin deyib ki, konfransın məqsədi Yəməndə ölkədaxili dialoqun başlanması və Fars körfəzi ərəb ölkələri Əməkdaşlıq Şurasının sülh təşəbbüslərinin müzakirəsinə yönəlib. 

Nazir, həmçinin husilərin və sabiq prezident Salehinin cinayətlərinin qarşısını almaq üçün Yəməndə bu qüvvələrə qarşı ərəb ölkələri tərəfindən yerüstü əməliyyatların başlanması zəruriliyini də vurğulayıb. 

Martın 26-dan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə "Sabitlik fırtınası" adlı hərbi əməliyyata başlayıb. Yəməndə şəhərlərə endirilən nəzarət olunmayan aviazərbələr nəticəsində rəsmi məlumatlara görə, artıq 1200 nəfər həlak olub, minlərlə dinc sakin yaralanıb, on minlərlə qaçqın vəziyyətinə düşüb. 

Son xəbərlər

Orphus sistemi