Yəmənin cənubunda terror hücumu nəticəsində 9 polis həlak olub, onlarla yaralı var

Yəmənin cənubunda terror hücumu nəticəsində 9 polis həlak olub, onlarla yaralı var Partlayıcı qurğu yerləşdirilmiş iki avtomobil hərbçilərin NBM-i yaxınlığında partladılıb
Digər ölkələr
18 İyul , 2016 10:41
Yəmənin cənubunda terror hücumu nəticəsində 9 polis həlak olub, onlarla yaralı var

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Yəmənin cənubundakı Əl-Mukalla şəhərində terror hadisəsi törədilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, terror hücumu nəticəsində 9 polis həlak olub, onlarla yaralı var.

AFP-nin məlumatına görə, partlayıcı qurğu yerləşdirilmiş iki avtomobil hərbçilərin NBM-i yaxınlığında partladılıb. Partlayıcı qurğular terrorçu-kamikadzelər tərəfindən işə salınıb.

Son xəbərlər

Orphus sistemi