​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb Ölənlər arasında həkimlər, tibb bacıları və uşaqlar var
Digər ölkələr
15 Avqust , 2016 22:19
​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Bakı. 15 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin şimalında yerləşən Həcca əyalətindəki xəstəxanaya endirdikləri hava zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi Yəmənin "Əl-Masira" telekanalı məlumat yayıb.

Ölənlər arasında həkimlər, tibb bacıları və uşaqlar var. Xəstəxana "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı tərəfindən idarə olunur.

Son xəbərlər

Orphus sistemi