​Yəməndə vurulan Mərakeş təyyarəsinin pilotunun meyiti tapılıb

​Yəməndə vurulan Mərakeş təyyarəsinin pilotunun meyiti tapılıb Mərakeş genetik ekspertiza aparmaq üçün Yəmənə ekspert göndərəcək
Digər ölkələr
16 May , 2015 04:31
​Yəməndə vurulan Mərakeş təyyarəsinin pilotunun meyiti tapılıb

Bakı. 16 may. REPORT.AZ/ Yəmən ərazisində itkin düşən "F-16" qırıcı təyyarəsinin pilotunun cəsədinin tapıldığı ehtimal edilir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Mərakeş Ordusunun bəyanatında bildirilir.

"Mərakeş hakimiyyəti tərəfindən göstərilən səylər zamanı zəruri rəsmiləşdirmə işləri aparıldıqdan sonra itkin düşən pilota aid olduğu ehtimal edilən cəsəd repatriasiya ediləcək", - deyə bəyanatda qeyd olunur.

Mərakeş genetik ekspertiza aparmaq üçün Yəmənə öz ekspertlərini göndərəcək.

Husilər iddia edirlər ki, "F-16" təyyarəsini Yəmənin şimal-qərbində gedən döyüşlər zamanı vurublar.

Son xəbərlər

Orphus sistemi