​Yəməndə toy mağarına raket düşüb, 130 nəfər ölüb

​Yəməndə toy mağarına raket düşüb, 130 nəfər ölüb BMT-nin baş katibi Pan Gi Mun hadisəni insan həyatına laqeyd münasibət kimi dəyərləndirib
Digər ölkələr
29 Sentyabr , 2015 15:26
​Yəməndə toy mağarına raket düşüb, 130 nəfər ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Yəməndə Qırmızı dəniz sahilindəki kənddə toy çadırına raket düşüb. Hadisə nəticəsində 130 nəfər ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT-nin təmsilçiliyi və yerli həkimlər məlumat verib.

Məlumata görə, həmin çadırlarda husi qiyamçıları toy edirmiş.

Yəməndəki qiyamçılara qarşı mübarizə aparan ərəb dövlətləri koalisiyasının başçısı Səudiyyə Ərəbistanı hadisənin baş verməsində günahının olmadığını bildirib.

BMT-nin baş katibi Pan Gi Mun isə hadisəni insan həyatına laqeyd münasibət kimi dəyərləndirib.

Yəmənin təhlükəsizlik qüvvələri isə hava zərbələrinin səhvən toy çadırına düşdüyünü bəyan edib.

Son xəbərlər

Orphus sistemi