​Yəməndə tətbiq ediləcək atəşkəs rejiminin vaxtı açıqlanıb

​Yəməndə tətbiq ediləcək atəşkəs rejiminin vaxtı açıqlanıb Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, atəşkəsin vaxtının uzadılması ölkədəki vəziyyətdən asılıdır
Digər ölkələr
9 May , 2015 11:49
​Yəməndə tətbiq ediləcək atəşkəs rejiminin vaxtı açıqlanıb

Bakı. 9 may. REPORT.AZ/ Mayın 12-də, yerli vaxtla saat 23.00-dan etibarən Yəməndə 5 günlük atəşkəs rejimi tətbiq olunacaq. "Report" xəbər verir ki, bu haqda "Al-Jazeera" məlumat yayıb.

Xəbərər görə, ABŞ-ın Fransadakı səfirinin iqamətgahında ABŞ-ın dövlət katibi Con Kerri ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cubeyr arasında görüş keçirilib. Görüşdən sonra diplomatların keçirdiyi birgə mətbuat konfransında atəşkəsin tarixi və tətbiqi müddəti barədə məlumat verilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, atəşkəsin vaxtının uzadılması Yəməndəki vəziyyətdən asılıdır.

Qeydə edək ki, atəşkəsin tətbiq olunmasında məqsəd dinc sakinlərə humanitar yardımın çatdırılmasıdır.

Son xəbərlər

Orphus sistemi