​Yəməndə terror aktı törədilib

​Yəməndə terror aktı törədilib Avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində bir neçə nəfər ölüb
Digər ölkələr
22 May , 2016 19:22
​Yəməndə terror aktı törədilib

Bakı. 22 May. REPORT.AZ/ Yəmənin Hadramut vilayətinin Əl-Mukalla şəhərində terror aktı baş verib. 

"Report" TACC xəbəк agentliyinə istinadən xəbər verir ki, Yəmən ordusunun Əl-Mukalla şəhərindəki postu yaxınlığındakı avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində bir neçə nəfər ölüb. 

Terror hadisəsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xatırladaq ki, həftə ərzində Hadramutda İŞİD terror qruplaşmasının həyata keçirdiyi terror əməliyyatları nəticəsində ümumilikdə 60 nəfər həlak olub. Onlar arasında hərbçilər və polis əməkdaşları da var.  

Son xəbərlər

Orphus sistemi