Yəməndə prezident iqamətgahına girişdə güclü partlayış baş verib, 8 nəfər ölüb

Yəməndə prezident iqamətgahına girişdə güclü partlayış baş verib, 8 nəfər ölüb Minalanmış avtomobil "Əl-Maaşık" sarayı yaxınlığında partladılıb
Digər ölkələr
28 Yanvar , 2016 19:18
Yəməndə prezident iqamətgahına girişdə güclü partlayış baş verib, 8 nəfər ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Yəmənin müvəqqəti paytaxtı olan Ədəndə prezident Abdurabbu Mənsur Hadinin iqamətgahına girişdə güclü partlayış baş verib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, "Sky News Arabia" peyk telekanalının yaydığı məlumata əsasən, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb. 

Qeyd edək ki, minalanmış avtomobil "Əl-Maaşik" sarayı yaxınlığında partladılıb.

*** 17:54

Yəmənin Ədən şəhərində prezident Abdurabbu Mənsur Hadinin iqamətgahının girişi yaxınlığında güclü partlayış olub.

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, "Al-Maaşik" sarayının qapısı yaxınlığında minalanmış avtomobil partlayaraq havaya uçub.

Partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilsə də, onları sayı hələlik məlum deyil. Partlayış törədilən zaman dövlət başçısının harada olduğu da bilinmir. 

Son xəbərlər

Orphus sistemi