Yəməndə partlayış törədilib, ən azı 6 nəfər ölüb

Yəməndə partlayış törədilib, ən azı 6 nəfər ölüb Ədən şəhəri aeroportunun yaxınlığında yerləşən hərbi bazada iki partlayış olub
Digər ölkələr
6 İyul , 2016 10:27
Yəməndə partlayış törədilib, ən azı 6 nəfər ölüb

Bakı. 6 iyul. REPORT.AZ/ Yəmənin cənubunda, Ədən şəhəri aeroportunun yaxınlığında yerləşən hərbi bazada iki partlayış baş verib. 

"Report"un AFP-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 6 hərbçi ölüb. 

Məlumata görə, bazanın girişindəki avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Bundan başqa, hücumçular hərbi obyektin ərazisinə girməyə və ikinci nəqliyyat vasitəsini partlatmağa müvəffəq olublar. 

Son xəbərlər

Orphus sistemi