Yəməndə partlayış baş verib: 28 yaralı

Yəməndə partlayış baş verib: 28 yaralı Partlayış hərbi qospitalın yanında törədilib
Digər ölkələr
30 İyun , 2015 05:22
Yəməndə partlayış baş verib: 28 yaralı

Bakı. 30 İyun. REPORT.AZ/ Yəmənin paytaxtı Səna şəhərində ötən axşam avtomobilə quraşdırılan partladıcı qurğu işə salınıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış hərbi qospitalın yanında törədilib. Nəticədə 28 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti "İslam Dövləti" öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi