Yəməndə il yarım ərzində dörd min dinc sakin həlak olub

Yəməndə il yarım ərzində dörd min dinc sakin həlak olub Təkcə avqustda bu ölkədə 180 nəfər öldürülüb
Digər ölkələr
24 Sentyabr , 2016 04:39
Yəməndə il yarım ərzində dörd min dinc sakin həlak olub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Yəməndə il yarım ərzində demək olar ki, 4 min dinc sakin ölkədəki münaqişənin qurbanı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə Ali Komissarı İdarəsinin mətbuat katibi Sesil Puyi bildirib.

O, qeyd edib ki, 2015-ci ilin 26 martından 2016-cı ilin 22 sentyabrına qədər müddətdə bu ölkədə 3980 mülki sakin həlak olub. Münaqişə həmçinin 6909 nəfərin yaralanması ilə nəticələnib.

BMT nümayəndəsi Yəməndə sülh danışıqlarının dayandırılmasının zorakılıqlara yol açdığını da xüsusi olaraq vurğulayıb. Sesil Puyi qeyd edib ki, təkcə avqustda bu ölkədə 180 nəfər öldürülüb, 268 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi