​Yəməndə iki partlayış nəticəsində ən azı 20 nəfər ölüb

​Yəməndə iki partlayış nəticəsində ən azı 20 nəfər ölüb Hər iki partlayış şiə məscidi qarşısında törədilib
Digər ölkələr
2 Sentyabr , 2015 23:50
​Yəməndə iki partlayış nəticəsində ən azı 20 nəfər ölüb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Yəmənin paytaxtı Sənada törədilən iki partlayış nəticəsində ən azı 20 nəfər həlak olub.

"Report" xəbər verir ki, hər iki partlayış ardıcıl olaraq şiə məscidi qarşısında baş verib.

Şahidlərin sözlərinə görə, kamikadzelərdən biri partlayıcı qurğunu dindarlar məsciddən çıxan zaman işə salıb. İkinci partlayış məscidin içərisində qalan insanlar yaralılara köməklik göstərərkən baş verib.

Məscid üsyançı husiləri dəstəkləyən sakinlərin yaşadığı ərazidə yerləşir.

Partlayışlara görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə əlaqəli olan qruplaşma öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi