Bakı. 01 noyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) iki əməkdaşı Yəməndə saxlanılıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin rəsmisi Farxan Hak bildirib ki, hazırda əməkdaşların yerinin müəyyən edilməsi istiqamətində iş aparılır.
AFP agentliyinin məlumatında isə qeyd olunur ki, paytaxt Səna şəhərinin havalimanında saxlanılan BMT əməkdaşlarının hər ikisi - ABŞ vətəndaşlarıdır.
Qeyd edək ki, Səna şəhəri 2014-cü ilin yanvar ayından etibarən “Ənsar Allah” hərəkatının tərəfdarlarının (husilər) nəzarəti altındadır.