BMT: ​Yəməndə ərzaq böhranı yaranıb

BMT: ​Yəməndə ərzaq böhranı yaranıb Ölkənin 26 milyonluq əhalisinin 16 milyonu humanitar yardıma möhtacdır
Digər ölkələr
15 Aprel , 2015 20:37
BMT: ​Yəməndə ərzaq böhranı yaranıb

Bakı. 15 aprel. REPORT.AZ/ Yəməndə əhalinin təxminən yarısı gündəlik təlabat mallarına ehtiyacını ödəyə bilmir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yazılı hesabatında bildirilib. Əkin mövsümü başladığından 11 milyon insan qida təhlükəsi ilə üzləşib. Təşkilat ölkədəki əkinçiləri dəstəkləmə proqramının davam etdirilməsi üçün ən azı 8 milyon dollarlıq maliyyə yardımına ehtiyac olduğunu vurğulayıb.

Xəbərdə bildirilib ki, Yəmənin iri şəhərlərində döyüş getdiyindən bazarlar bağlanıb, ərzaq və başqa gündəlik təlabat mallarının qiyməti artıb.

Təşkilatın hesabatına əsasən, ölkə əhalisinin 4 milyon 800 mini gündəlik ərzaq məhsullarına ehtyacını ödəyə bilmir. 10 milyon 600 min nəfərin hazırda ərzağa ehtiyacı var. 850 min uşaq yetərincə qidalana bilmir.

Hesabatda vurğulanıb ki, 26 milyonluq Yəmən əhalisinin 16 milyonu humanitar yardıma möhtacdır və onlar təmiz, içməli su qaynaqlarından məhrumdurlar.

Xatırladaq ki, BMT-nin bu qurumu ən yoxsul ərəb dövləti olan Yəməndə ərzaq və kənd təsərrüfatına dəstək proqramı çərçivəsində əkinçilərə toxum, heyvan paylayır.

Son xəbərlər

Orphus sistemi