​Yəməndə avtomobilin minaya düşməsi nəticəsində 16 hərbçi ölüb

​Yəməndə avtomobilin minaya düşməsi nəticəsində 16 hərbçi ölüb Heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib
Digər ölkələr
9 Noyabr , 2015 03:16
​Yəməndə avtomobilin minaya düşməsi nəticəsində 16 hərbçi ölüb

Bakı. 9 noyabr. REPORT.AZ/ Yəmənin qərbində yolda minanın partlaması nəticəsində ən azı 16 hərbçi həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuta istinadən RİA "Novosti" məlumat yayıb.

İnsident ötən bazar günü baş verib. Hərbçilərin olduğu avtomobil Marib əyalətində yola basdırılan minanın üzərindən keçib.

Hələ ki, heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi