Yəməndə atəşkəs qüvvəyə minir

Yəməndə atəşkəs qüvvəyə minir Atəşkəs müddətində İsveçrənin təşəbbüsü ilə danışıqlar aparılacaq
Digər ölkələr
15 Dekabr , 2015 03:15
Yəməndə atəşkəs qüvvəyə minir

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də yerli saatla 12.00-də Yəməndə atəşkəs razılaşması qüvvəyə minəcək.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Atəşkəs razılaşması Yəmən prezidenti Əbd Rabbo Mansur Hadinin təklifi ilə yeddi gün müddətində qüvvədə olacaq.

Bununla belə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya bəyan edib ki, üsyançılar tərəfindən razılaşması halları cavabsız qalmayacaq.

Atəşkəs müddətində İsveçrənin təşəbbüsü ilə münaqişənin siyasi yolla nizamlanması istiqamətində danışıqlar da aparılacaq. 

Son xəbərlər

Orphus sistemi