Son yeddi ayda Yəməndə 5 min 700 dinc sakin öldürülüb

Son yeddi ayda Yəməndə 5 min 700 dinc sakin öldürülüb İohannes van der Klauv : "Ölkə əhalisinin 82 faizinin humanitar yardıma ehtiyacı var"
Digər ölkələr
19 Noyabr , 2015 10:56
Son yeddi ayda Yəməndə 5 min 700 dinc sakin öldürülüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Yəməndə bu ilin martından hakimiyyətlə qiyamçı husilər arasındakı silahlı münaqişə nəticəsində 830-u uşaq və qadın olmaqla 5 min 700 dinc sakin həlak olub, 26 mindən çox insan yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Yəmənə Humanitar Yardım üzrə əlaqələndiricisi İohannes van der Klauv bildirib.

Onun sözlərinə görə, Yəməndə infrastruktur xidmətlər günü-gündən pisləşməkdədir: "14 milyondan çox insan səhiyyə xidmətindən məhrumdur. 3 milyondan çox uşaq və hamilə qadın yetərincə qidalanmadığından müalicəyə ehtiyac duyur. Münaqişə ucbatından 1,8 milyon uşaq məktəbə gedə bilmir. Ölkə əhalisinin 82 faizinin, yaxud 21,2 milyonunun humanitar yardıma ehtiyacı var".

BMT təmsilçisi bildirib ki, Yəmənin 8 min 800-dən çox vətəndaşının insan haqqının pozulduğu təsbit edilib.

Qeyd edək ki, Yəmən əhalisinin sayı barədə müxtəlif məlumatlar var. Ölkə əhalisinin sayının 30,2 milyon və ya 24 milyon 799 min 880 nəfər olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi