​Yəməndə 36 silahlı öldürülüb

​Yəməndə 36 silahlı öldürülüb Ölənlərdən 28-i husi qiyamçısı, 8-i isə Xalq Müqavimət güclərinin silahlısıdır
Digər ölkələr
27 Avqust , 2015 09:46
​Yəməndə 36 silahlı öldürülüb

Bakı. 27 avqust. REPORT.AZ/ Yəmənin Taiz şəhərində Xalq Müqavimət gücləri ilə qiyamçı husilər arasında baş verən atışmada 36 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən 28-i husi qiyamçısı, 8-i isə Xalq Müqavimət güclərinin silahlısıdır. Atışmada 41 husi, 23 müqavimət silahlısı yaralanıb.

Xəbərə görə, ABŞ-ın pilotsuz uçan aparatlarının isə Yəmənin Hadramevt əyalətində "əl-Qaidə"nin mövqelərini bombalaması nəticəsində 5 terrorçu zərərsizləşdirilib.

İngilis versiyası 41 militants killed in Yemen

Son xəbərlər

Orphus sistemi