Yəmənd​əki qiyamçılar Səudiyyə Ərəbistanı ilə sərhəddəki əyaləti ələ keçiriblər

Yəmənd​əki qiyamçılar Səudiyyə Ərəbistanı ilə sərhəddəki əyaləti ələ keçiriblər Sabah BMT-nin təşəbbüsü ilə İsveçrənin Cenevrə şəhərində Yəməndəki böhrana dair müzakirələr olacaq
Digər ölkələr
14 İyun , 2015 17:41
Yəmənd​əki qiyamçılar Səudiyyə Ərəbistanı ilə sərhəddəki əyaləti ələ keçiriblər

Bakı. 14 iyun. REPORT.AZ/ Husi qiyamçıları Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Cevf əyalətinin mərkəzi əl-Hazm şəhərini ələ keçiriblər.

"Report" xəbər verir ki, bu haqda Türkiyənin NTV televiziyası məlumat yayıb.

Xəbərə görə, bununla da husilər Səudiyyə Ərəbistanı sərhədlərinə yaxınlaşıblar. Qiyamçıların ələ keçirdiyi bu şəhər strateji bölgə hesab olunur.

İyunun 15-də BMT-nin təşəbbüsü ilə İsveçrənin Cenevrə şəhərində Yəməndəki böhrana dair danışıqlar keçiriləcək. Həmin görüşdə münaqişədə iştirak edən bütün tərəflərin, o cümlədən husilərin iştirakı edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi