​Yəmən və ərəb koalisiyası "Əl-Qaidə"nin 800 üzvünü məhv edib

​Yəmən və ərəb koalisiyası "Əl-Qaidə"nin 800 üzvünü məhv edib Terrorçular Hadramaut və Şəbva əyalətlərinə geri çəkiliblər
Digər ölkələr
25 Aprel , 2016 05:30
​Yəmən və ərəb koalisiyası Əl-Qaidənin 800 üzvünü məhv edib

Bakı. 25 aprel. REPORT.AZ/Yəmənin hökumət qoşunlarının ərəb koalisiyasının hərbi birləşmələri ilə birlikdə ölkənin cənubunda "Əl-Qaidə" terror qruplaşmasına hücumu nəticəsində ən azı 800 terrorçu məhv edilib. "Report"un məlumatına görə, bu barədə "SPA" agentliyi xəbər verib.

"Əməliyyat 800-dən çox "Əl-Qaidə" üzvünün və onların bəzi liderlərinin məhvinə gətirib çıxarıb. Terrorçuların bir çoxu qaçmağa müvəffəq olub" - deyə xəbər agentliyi koalisiya komandanlığının bəyanatına istinadən bildirir.

Qeyd edək ki, Yəmən qoşunları "Əl-Qaidə" terror qruplaşmasının işğalı altında olan Əl-Mukallanın cənub hissəsini terrorçulardan azad edib. Bu ərazi terror qruplaşmasının qalasına çevrilmişdi. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın endridyi zərbələr "Əl-Qaidə" silahlılarını geri çəkilməyə məcbur edib. Terrorçular Hadramaut və Şəbva əyalətlərinə geri çəkiliblər.

Son xəbərlər

Orphus sistemi