​Yəmən üsyançıları sülh danışıqları təklif ediblər

​Yəmən üsyançıları sülh danışıqları təklif ediblər “Bizim təcavüzün dayandırılması və danışıqlara başlanmasından başqa şərtimiz yoxdur”
Digər ölkələr
5 Aprel , 2015 20:42
​Yəmən üsyançıları sülh danışıqları təklif ediblər

Bakı. 5 aprel. REPORT.AZ/ Yəmən husiləri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının aviazərbələrindən dərhal sonra münaqişənin nizamlanması üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduqlarını bildiriblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə husilərin “Ənsar Allah” hərəkatının siyasi bürosunun rəhbəri Saleh əs-Səməd bildirib.

“Bizim təzavüzün dayandırılması və danışıqlar prosesinə başlanılmasından başqa şərtimiz yoxdur”, - deyə Əs-Səməd bildirib.

O, danışıqlar prosesinin televiziya vasitəsi ilə yayımlanmasını təklif edib ki, xalq “kimin münaqişənin həllinə əngəl törətdiyini” bilsin.

Eyni zamanda o qeyd edib ki, husilər prezident Əbd Rəbbi Mənsur Hadinin ölkəyə qayıtmasına qarşıdırlar.

Son xəbərlər

Orphus sistemi