Bakı. 21 yanvar. REPORT.AZ / "Ölkədəki vəziyyətə baxmayaraq, Yəmən hökuməti işləməlidir".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Əbd Rəbb Mənsur Hadi Nazirlər Kabinetinin toplantısının təxirə salınması ilə bağlı çıxışında vurğulayıb.
Hadi nazirlərə öz ofislərində işləməyi tapşırıb.
Bir müddət öncə hökumətin həftəlik iclasının təxirə salınması ilə bağlı xəbər yayılmışdı.
Xatırladaq ki, ötən gün Yəmənin prezident iqamətgahı "Ənsari-Allah" adlı yaraqlıların nəzarətinə keçib.