Yəmən hökumətinin nümayəndə heyəti Küveytdə sülh danışıqlarını tərk edib

Yəmən hökumətinin nümayəndə heyəti Küveytdə sülh danışıqlarını tərk edib Aprelin 21-dən başlayan danışıqlar nəticə verməyib
Digər ölkələr
3 Avqust , 2016 15:49
Yəmən hökumətinin nümayəndə heyəti Küveytdə sülh danışıqlarını tərk edib

Bakı. 3 avqust. REPORT.AZ/ Yəmən böhranının həlli üzrə danışıqlarda iştirak edən Yəmən hökumətinin nümayəndə heyəti gözlənilmədən Küveyti tərk edib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, nümayəndə heyəti danışıqlar üçün ayrılmış müddətin başa çatmasına yeddi gün qalmış Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə yollanıb.

Hökumətin nümayəndə heyətinin üzvü Məhəmməd əl-Əmrani AFP agentliyinə bildirib ki, buna səbəb aprelin 21-dən başlayan danışıqların nəticə verməməsi olub.

Son xəbərlər

Orphus sistemi