​Yəmən hökuməti husilərlə danışıqlardan imtina edib

​Yəmən hökuməti husilərlə danışıqlardan imtina edib Münaqişə tərəfləri arasında danışıqlar sentyabrın 24-dək başlamalı idi
Digər ölkələr
13 Sentyabr , 2015 11:56
​Yəmən hökuməti husilərlə danışıqlardan imtina edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Yəmən hökuməti BMT-nin vasitəçiliyi ilə husilərlə keçirilməli olan danışıqlardan çıxdığını bəyan edib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Apparatı tərəfindən dərc olunan bəyanatda bildirilir.

Bəyanata görə, "hökumət üsyançılar 2216 saylı qətnamənin müddəalarını tanımayınca və əlavə şərt irəli sürmədən onları yerinə yetirməyə razılıq verməyincə heç bir görüşdə iştirak etməyəcək".

Yəməndə münaqişə tərəfləri arasında danışıqlar müsəlmanların müqəddəs Qurban bayramının keçiriləcəyi 24 sentyabr tarixinədək başlamalı idi.

Son xəbərlər

Orphus sistemi