Yaraqlıların Homsu atəşə tutması nəticəsində 7 nəfər ölüb

Yaraqlıların Homsu atəşə tutması nəticəsində 7 nəfər ölüb Suriya hərbçiləri cavab atəşi açmayıb
Digər ölkələr
17 Sentyabr , 2016 06:28
Yaraqlıların Homsu atəşə tutması nəticəsində 7 nəfər ölüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Suriyanın Homs şəhərinin şimalının yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Suriya ordusunun nümayəndəsi məlumat yayıb.

"Ötən gün gecə saatlarından səhərə qədər Homs şəhərinin şimal dairəsində yerləşən Tesnin, Tayr-Maala, Kafer-Nan, Kormos, Teyb-Qarbiyə yaşayış məntəqələri, həmçinin Alyə-Basi və Bayəza məhəllələri ərazisində yerləşən hökumət qüvvələri və dinc əhali atıcı silahlardan, minaatanlardan və yaylım atəşi sistemlərindən atəşə tutulub. Yeddi nəfər ölüb, 14 nəfər yaralanıb", — deyə suriyalı zabit keçirdiyi brifinqdə bildirib.

Suriya hərbçiləri tərəfindən cavab atəşi açılmayıb.

"Mənə tabe olan qoşun bundan sonra da Suriya rəhbərliyinin hərbi əməliyyatların dayandırılması rejiminin şərtlərinə dair göstərişlərinə sözsüz riayət edəcək", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi