​Yaponiyanın zəlzələ baş verən Kumamoto şəhərində vulkan püskürməyə başlayıb

​Yaponiyanın zəlzələ baş verən Kumamoto şəhərində vulkan püskürməyə başlayıb Aso vulkanı 100 metr yüksəkliyə kül atıb
Digər ölkələr
16 Aprel , 2016 05:59
​Yaponiyanın zəlzələ baş verən Kumamoto şəhərində vulkan püskürməyə başlayıb

Bakı. 16 aprel. REPORT.AZ/ Şənbə günü Yaponiyanın ard-arda iki zəlzələnin qeydə alındığı Kumamoto prefekturasında Aso vulkanı püskürməyə başlayıb.

"Report" xəbər verir ki, ölkənin milli meteoroloji idarəsi vulkanın son iki sarsıdıсı zəlzələ ilə heç bir əlaqəsinin olmadığını bildirib.

İdarənin məlumatına görə, Aso vulkanı 100 metr yüksəkliyə kül atıb. Bununla əlaqədar olaraq bölgədə aviaəlaqənin pozulmasına dair məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi