​Yaponiyanın Müdafiə Nazirliyi Okinavada qətllə əlaqədar ABŞ-a etiraz edib

​Yaponiyanın Müdafiə Nazirliyi Okinavada qətllə əlaqədar ABŞ-a etiraz edib Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi də ABŞ-a rəsmi etirazını ifadə edib
Digər ölkələr
21 May , 2016 08:11
​Yaponiyanın Müdafiə Nazirliyi Okinavada qətllə əlaqədar ABŞ-a etiraz edib

Bakı. 21 May. REPORT.AZ/ Yaponiya Müdafiə Nazirliyi Okinavada baş vermiş qətl hadisəsilə əlaqədar ABŞ-a növbəti etirazını bildirib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Amerika dəniz piyadaçısının yerli sakini öldürməsinə narazılığını ifadə edib.

Müdafiə naziri Qen Nakatani hadisə ilə bağlı rəhbəri olduğu qurumun mövqeyini Okinavadakı Amerika qoşunlarının koordinasiyası üzrə məsul şəxs, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Lorensu Nikolsona çatdırıb.

"Bu, qətiyyən bağışlanılmazdır. Mən bundan sonra belə hadisələrin heç vaxt təkrarlanmaması üçün lazım gələn hər şeyin edilməsini tələb edirəm", - deyə Nakatani bildirib.

Qeyd edək ki, bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi də ABŞ-a rəsmi etirazını ifadə edib.

Xatırladaq ki, həbs edilmiş 32 yaşlı keçmiş dəniz piyadaçısının apreldə itkin düşmüş 20 yaşlı yerli sakini qətlə yetirməsi sübut olunub. Cinayətkar istintaqa ifadəsində qızı boğduğunu və ona bir neçə bıçaq zərbəsi vurduğunu etiraf edib.

Bu gün həmçinin cinayətin digər təfərrüatları da üzə çıxıb. Yerli hüquq-mühafizə orqanlarının təhqiqatından sonra məlum olub ki, qatil qətlə yetirdiyi qızın bədəninin orqanlarının camadanda daşıyıb. 

Son xəbərlər

Orphus sistemi