​Yaponiyada zəlzələ ilə əlaqədar 117 min nəfər təxliyyə edilib - FOTO - YENİLƏNİB

​Yaponiyada zəlzələ ilə əlaqədar 117 min nəfər təxliyyə edilib - FOTO - YENİLƏNİB 92 min nəfərdən çox sakin öz evini tərk etməyə məcbur olub
Digər ölkələr
19 Aprel , 2016 07:16
​Yaponiyada zəlzələ ilə əlaqədar 117 min nəfər təxliyyə edilib - FOTO - YENİLƏNİB

Bakı. 19 aprel. REPORT.AZ/ Yaponiyanın Küsü adasında baş vermiş zəlzələ ilə əlaqədar 117 min nəfər təxliyyə edilib. "Report" xəbər verir ki, bu haqda "Kiodo" agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, aprelin 14-dən bu günə kimi 600-ə yaxın yeraltı təkan və zəlzələ qeydə alınıb. 

Zəlzələ aktivliyi indi də müşahidə edilir.  


***05:22

Bakı. 19 aprel. REPORT.AZ/ Yaponiyanın cənub qərbindəki Küsü adasında baş vermiş silsilə zəlzələlər nəticəsində 44 nəfər öldüyü məlum olub. Ölənlərin sayının daha da artacağı istisna olunmur.

"Report"un məlumatına görə, zəlzələlər nəticəsində 92 min nəfərdən çox sakin öz evini tərk etməyə məcbur olub.

Onlar evakuasiya məntəqələrində qalmaqdadırlar. Sakinlər içməli su çatışmazlığından əziyyət çəkirlər.

Yaponiya silahlı qüvvələrinin 20 mindən çox hərbçisi xilasetmə işlərinə cəlb edilib.

Xilasetmə işləri davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi