​Yaponiyada zəlzələ baş verib

​Yaponiyada zəlzələ baş verib Zəlzələnin gücündən bəzi sürətli qatarların hərəkəti bir neçə dəqiqə ərzində dayandırılıb
Digər ölkələr
20 İyul , 2016 03:54
​Yaponiyada zəlzələ baş verib

Bakı. 20 iyul. REPORT.AZ/ Yaponiyada zəlzələ baş verib. "Report" "TASS"a istinadən xəbər verir ki, 5 maqnitudalı yeraltı təkanlar ölkənin mərkəzi hissəsində qeydə alınıb.

Ölkənin Milli Meteoroloji İdarəsinin yaydığı məlumata görə, zəlzələnin episentri Tokio yaxınlığındakı İbaraki prefekturasında, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Milli Meteoroloji İdarəsi sunami təhlükəsi elan etsə də, bir neçə dəqiqə sonra həmin xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar ölkənin ümumilikdə 13 prefekturasında hiss edilib.

Zəlzələnin gücündən bəzi sürətli qatarların hərəkəti bir neçə dəqiqə ərzində dayandırılıb.

Dağıntı və tələfat haqqında məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi