Yaponiyada virus istifadəçilərin hesabından 24 milyon dollar vəsait oğurlayıb

Yaponiyada virus istifadəçilərin hesabından 24 milyon dollar vəsait oğurlayıb İnternetdə bank əməliyyatlarının keçirilməsi zamanı 1 876 icazəsiz köçürmə halları aşkar olunub
Digər ölkələr
10 Aprel , 2015 10:33
Yaponiyada virus istifadəçilərin hesabından 24 milyon dollar vəsait oğurlayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Yaponiyada 80 mindən artıq personal kompüter yeni tipli virusa yoluxub. Həmin virus internet vasitəsilə bank əməliyyatlarının hayata keçirilməsi zamanı loqini  daxil etdikdə istifadəçinin pul vəsaitini avtomatik olaraq digər hesaba  köçürmək komandasını verir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın paytaxt polisi bildirib. 

44 min kompüterə düşən  virusla əlaqədar, polis Yaponiyadakı bir neçə yüz provayderə müraciət edərək bu problemlə  mübarizədə onlardan köməklik göstərmələrini xahiş edib. Qalan 38 min kompüterlə bağlı böyük narahıtlıq var və onların xaricdən yoluxduğu güman edilir. Bununla əlaqədar polis İnterpolla birgə təhqiqata başlayıb. 

"Ötən il ərzində internetdə bank əməliyyatlarının keçirilməsi zamanı 1 876 icazəsiz köçürmə halı aşkar olunub. Zərərin ümumi məbləği 2,90 mlrd. yen təşkil edib (təxminən 24 mln. dollar), bu da tarixdə qeyd olunan ən rekord məbləğdir", - polisin verdiyi məlumatda deyilir. 

Son xəbərlər

Orphus sistemi