​Yaponiyada qasırğa nəticəsində 300 min ev işıqsız qalıb

​Yaponiyada qasırğa nəticəsində 300 min ev işıqsız qalıb 200-ə yaxın təyyarə reysi təxirə salınıb
Digər ölkələr
25 Avqust , 2015 10:04
​Yaponiyada qasırğa nəticəsində 300 min ev işıqsız qalıb

Bakı. 25 avqust. REPORT.AZ/ Yaponiyanın cənubunda baş verən güclü "Goni" qasırğası nəticəsində 300 min ev işıqsız qalıb, 200-ə yaxın təyyarə reysi təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Yaponiya KİV-i məlumat yayıb.

Qasırğa ölkənin Yamaquti əyalətindən qərbə - Xonsü adalarının cənubuna doğru irəliləyir.

Təbii fəlakət nəticəsində 8 nəfərin xəsarət aldığı məlum olub.

Meteoroloqlar qasırğanın dalğasının yüksək olacağını bildirərək, ada sakinlərini dənizə çıxmamağa çağırıblar. Mütəxəssislər bildirib ki, davamlı və güclü yağış nəticəsində sel əmələ gələcək.

Küləyin sürəti saniyədə 35 metr, bəzi hallarda isə 50 metrə çatıb. Ötən gün gecə saatlarında Okinava əyalətinin yerləşdiyi İsiqaki adasında isə saniyədə 71 metr olmaqla rekord sürət qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi