Yaponiyada polisi döyən sərxoş pilot həbs edilib

Yaponiyada polisi döyən sərxoş pilot həbs edilib Nəticədə Tokiodan havaya qalxmalı olan təyyarə reysi təxirə salınıb
Digər ölkələr
28 İyun , 2016 10:10
Yaponiyada polisi döyən sərxoş pilot həbs edilib

Bakı. 28 iyun. REPORT.AZ/ Yaponiya polisi "Japan Airlines" aviaşirkətinin uçuşdan əvvəl sərxoş vəziyyətdə polisi döyən 42 yaşlı pilotunu həbs edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə Tokiodan havaya qalxmalı olan təyyarə reysi təxirə salınıb.

Pilot Soiti Tatsumi polisə ifadəsində sərxoş olduğundan hadisəni pis xatırladığını bildirib. Aviaşirkət isə onun daxili qaydaları pozub-pozmadığını araşdırır. Belə ki, "Japan Airlines"in daxili qaydalarına görə, pilotlar uçuşa 12 saatdan az qalan zamanlarda alkoqollu içki qəbul edə bilməz.

Son xəbərlər

Orphus sistemi