Yaponiyada "Layonrok" qasırğası 9 nəfərin həyatına son qoyub

Yaponiyada "Layonrok" qasırğası 9 nəfərin həyatına son qoyub Təbii fəlakət səbəbindən 110-dan çox daxili aviareys, məktəblərdə dərslər təxirə salınıb
Digər ölkələr
31 Avqust , 2016 06:27
Yaponiyada Layonrok qasırğası 9 nəfərin həyatına son qoyub

Bakı. 31 avqust. REPORT.AZ/ Yaponiyanın İvate prefekturasının "Layonrok" qasırğası səbəbindən su basmış İvaidzumi şəhərindəki qocalar evində 9 təqaüdçünün meyiti tapılıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə prefektura polisi məlumat yayıb.

Qocalar evində dünyasını dəyişmiş şəxslərin ölüm səbəbi hələlik açıqlanmır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Bundan əvvəl məlum olub ki, təbii fəlakət zamanı su basmış qonşu Kudzi şəhərində də bir qadının cəsədi tapılıb.

Ümumilikdə "Layonrok" qasırğası səbəbindən 110-dan çox daxili aviareys, yüzlərlə məktəbdə dərs təxirə salınıb. Eyni zamanda yerli sakinlər təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi