​Yaponiyada istidən 5 nəfər ölüb, 430 nəfər xəstəxanaya yerləşdirilib

​Yaponiyada istidən 5 nəfər ölüb, 430 nəfər xəstəxanaya yerləşdirilib Ölənlər Akita və Fukuoka perfekturalarında işləyən fermerlər olub
Digər ölkələr
31 İyul , 2016 15:16
​Yaponiyada istidən 5 nəfər ölüb, 430 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Yaponiyada günvurmadan 5 nəfər ölüb, 430-dan çox insan xəstəxanalara yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, istidən ölənlər Akita və Fukuoka perfekturalarında işləyən fermerlər olublar.

Ardarda iki gündür ki, ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 35 dərəcədən yuxarını göstərir.

Ötən il Yaponiyada istidən 100-dən çox insan həyatını itirib, daha 53 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi