​Yaponiyada güclü qar 6 adamın həyatına son qoyub

​Yaponiyada güclü qar 6 adamın həyatına son qoyub Tokuşima əyalətinin iki şəhərində bir çox ev qar altında qalıb
Digər ölkələr
9 Dekabr , 2014 02:14
​Yaponiyada güclü qar 6 adamın həyatına son qoyub

Bakı. 8 dekabr. REPORT.AZ/ Yaponiyada həftə sonundan etibarən yağmağa başlayan güclü qar ölümə səbəb olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Tokuşima əyalətinin iki şəhərində bir çox evin qar altında qaldığı, indiyə qədər isə 6 adamın həyatını itirdiyi bildirilib.

Bölgəni öz təsiri altına alan qar nəticəsində təxminən 1200 insanla əlaqənin kəsildiyi, axtarış-xilasetmə işlərii ilə bu rəqəmin 650 nəfərə qədər düşdüyü qeyd edilib.

Məlumatda həmçinin vurğulanıb ki, Yaponiyanın sözügedən bölgəsində axtarış-xilasetmə işləri hələ də davam edir.

Son xəbərlər

Orphus sistemi