Bakı. 18 sentyabr. REPORT.AZ/ Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının Kusiro şəhərində yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər yayıb.
Məlumata görə, mikroavtobus minik avtomobili ilə toqquşub. Qəza zamanı 24 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Polis hadisənin başvermə səbəblərini araşdırır.