​Yaponiyada 66,5 min sakinin təxliyə edilməsi məsləhət görülüb

​Yaponiyada 66,5 min sakinin təxliyə edilməsi məsləhət görülüb Belə leysan təxminən 50 ildən bir olur
Digər ölkələr
13 İyul , 2016 06:23
​Yaponiyada 66,5 min sakinin təxliyə edilməsi məsləhət görülüb

Bakı. 13 iyul. REPORT.AZ/ Yaponiyanın cənub-qərbinə yağan leysan yağışlarına görə, yerli hökumət 66,5 min nəfəri təxliyə etməyi məsləhət görüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Kummamoto, Yamaquti, Naqasaki və Fukuoka bölgələrinin əhalisinin bir qisminin köçürülməsi təklif edilib.

İnformasiyaya əsasən, 48 saat ərzində Naqasaki bölgəsinə 300 mm-liyində yağıntı düşüb. Belə leysan təxminən 50 ildən bir olur.

Məlumata görə, adı çəkilən bölgələrin bəzilərində çayların səviyyəsi normanı aşıb.

Son xəbərlər

Orphus sistemi