Bakı. 11 May. REPORT.AZ/ Yaponiyanın Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
"Report"un TASS istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Bildirilir ki, zəlzələnin episentri Hatitdzyo adasının yaxınlığında, zəlzələ ocağı 18 km-ə yaxın dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.