Bakı. 28 sentyabr. REPORT.AZ/ Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteoroloji Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Hokkaydo adasında qeydə alınıb.
Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.