​Yaponiyada 40-dan çox aviareys qasırğa səbəbindən ləğv edilib

​Yaponiyada 40-dan çox aviareys qasırğa səbəbindən ləğv edilib Həmçinin 100 qatarın hərəkəti dayandırılıb
Digər ölkələr
2 Oktyabr , 2015 07:36
​Yaponiyada 40-dan çox aviareys qasırğa səbəbindən ləğv edilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Cümə günü Yaponiyanın Hokkaydo adasında qasırğa və leysan yağışları səbəbindən 40-dan çox daxili təyyarə reysi ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə adanın Sapporo şəhərində yerləşən Sin-Titose Hava Limanının rəhbərliyi məlumat yayıb.

Yerli aviaşirkətlər gün ərzində pis hava şəraiti davam edəcəyi təqdirdə ləğv olunan reyslərin sayının artacağını istisna etməyiblər. Hokkaydoda dəmir yollarının su altında qala biləcəyi təhlükəsi səbəbindən, həmçinin təqribən 100 qatarın hərəkəti dayandırılıb.

Bəzi rayonlarda ağacların aşması nəticəsində yollar bağlanıb. Adanın şimalında elektrik xəttlərinin qırılması nəticəsində 5,7 min nəfər işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi