Yaponiya şahzadəsi Mikasa 100 illik yubileyini qeyd edib

Yaponiya şahzadəsi Mikasa 100 illik yubileyini qeyd edib İmperator ailəsinin ən böyük üzvü olan şahzadə Mikasa artıq üçüncü imperator dövründə yaşayır
Digər ölkələr
2 Dekabr , 2015 22:23
Yaponiya şahzadəsi Mikasa 100 illik yubileyini qeyd edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Yaponiya imperatoru Akihitonun əmisi şahzadə Mikasa çərşənbə günü yüzillik yubileyini qeyd edib.

"Report" "Kiodo" agentliyinə istinadən xəbər verir ki, imperator ailəsinin ən böyük üzvü olan şahzadə Mikasa artıq üçüncü imperator dövründə yaşayır.

Şahzadə Mikasa 1915-ci il dekabrın 2-də dünyaya gəlib və Tayse imperatorunun dördüncü oğlu olub. O, Şərq tarixi üzrə mütəxəssis kimi tanınır və Yaponiya Yaxın Şərq Mədəniyyəti Mərkəzinin və "Yaponiya-Türkiyə" Cəmiyyətinin fəxri prezidentidir.

Son xəbərlər

Orphus sistemi