Yaponiya KXDR-in ballistik raketi sınaqdan keçirməsini təxribat adlandırıb

Yaponiya KXDR-in ballistik raketi sınaqdan keçirməsini təxribat adlandırıb Rəsmi Pxenyanın belə hərəkətləri qətiyyən qəbuledilməzdir
Digər ölkələr
31 May , 2016 06:24
Yaponiya KXDR-in ballistik raketi sınaqdan keçirməsini təxribat adlandırıb

Bakı. 31 may. REPORT.AZ/ Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raket buraxmasını təxribat hesab edir. “Report”un məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Fumio Kisida keçirdiyi mətbuat konfransında bildirib.

“Koreya Xalq Demokratik Respublikasının ballistik raket buraxması Yaponiya da daxil olmaqla dünya ictimaiyyəti üçün ciddi təxribatdır” – deyə o bildirib. Nazirin sözlərinə görə, rəsmi Pxenyanın belə hərəkətləri qətiyyən qəbuledilməzdir.

Qeyd edək ki, “Yonhap” agentliyi KXDR-in ballistik raketi sınaqdan keçirməsi haqda məlumat yayıb. Sınaqdan keçirilmiş raketin uçuş radiusu 3 min kilometr təşkil edir.

Lakin sınaq uğursuz olub. KXDR bu raketləri 3 dəfə sınaqdan keçirsə də, bütün cəhdlər uğursuzluqla nəticələnib

Son xəbərlər

Orphus sistemi