​Yaponiya baş nazirinin iqamətgahının mühafizəsi gücləndirilib

​Yaponiya baş nazirinin iqamətgahının mühafizəsi gücləndirilib Baş Polis İdarəsinin rəisinə ölkənin vacib obyektlərinin hava məkanında da mühafizənin gücləndirilməsi haqda tapşırıq verilib
Digər ölkələr
23 Aprel , 2015 10:55
​Yaponiya baş nazirinin iqamətgahının mühafizəsi gücləndirilib

Bakı. 23 aprel. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda baş nazirin iqamətgahının mühafizəsi gücləndirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tokio polisi bildirib.

Paytaxtdakı hökumət binası, eləcə də imperator sarayının ətrafında, sarayın bir neçə yüz metr radiusunda əlavə mühafizə qüvvələri yerləşdirilib.

Məlumatda bildirilib ki, bu gün Yaponiyanın baş naziri Sindzo Abe Baş Polis İdarəsinin rəisi Masaxito Kanetakaya ölkənin vacib obyektlərinin hava məkanında da mühafizənin gücləndirilməsi haqda tapşırıq verib.

Xatırladaq ki, ötən gün Yaponiya baş nazirinin iqamətgahının damına 50 sm diametrində, 10 sm uzunluğunda, 4 pərli, radiasiya təhlükəsi xəbərdarlıq nişanı olan pilotsuz uçan qurğu düşüb. 

Son xəbərlər

Orphus sistemi