Yaponiya Baş nazirinin ABŞ-a səfəri başlayır

Yaponiya Baş nazirinin ABŞ-a səfəri başlayır Səfər çərçivəsində Abe Vaşinqtonla yanaşı, Boston, San-Fransisko və Los-Anceles şəhərlərini ziyarət edəcək
Digər ölkələr
26 Aprel , 2015 21:35
Yaponiya Baş nazirinin ABŞ-a səfəri başlayır

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 26-da Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ-a rəsmi səfəri başlayır. Səfərin məqsədi iki ölkə arasında ittifaqı daha da möhkəmləndirməkdir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, səkkiz gün davam edəcək səfər çərçivəsində Ş.Abe Vaşinqtonla yanaşı, Boston, San-Fransisko və Los-Anceles şəhərlərini ziyarət edəcək.

Baş nazir paytaxt Vaşinqtonda prezident Barak Obama ilə ötən ilin noyabrından sonra ilk görüşünü keçirəcək, həmçinin ABŞ konqresinin birgə iclasında çıxış edəcək. Bu, Yaponiya Baş nazirinin hər iki palatanın qarşısında ilk çıxışı olacaq.

ABŞ prezidenti ilə görüşdə əsasən təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir. Hazırda Yaponiya və ABŞ müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə edirlər.

Bundan əlavə, Yaponiya Baş nazirinin Trans-Sakit okean tərəfdaşlığı çərçivəsində danışıqları daha sürətlə yekunlaşdırmaq məqsədilə müzakirələr aparacağı gözlənilir. Eyni zamanda, Çin tərəfindən təklif edilmiş Asiya İnfrastruktur İnvestisiyaları Bankı ilə bağlı iki ölkə arasında əməkdaşlıq mövzusu da gündəlikdədir.

Son xəbərlər

Orphus sistemi