Yanukoviç hakimiyyətdən uzaqlaşdırılmasını qanunsuz hesab edir

Yanukoviç hakimiyyətdən uzaqlaşdırılmasını qanunsuz hesab edir "Bu qətnamə konstitusiyaya tamamilə ziddir"
Digər ölkələr
24 Dekabr , 2014 15:31
Yanukoviç hakimiyyətdən uzaqlaşdırılmasını qanunsuz hesab edir

Bakı. 24 dekabr. REPORT.AZ/ Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılmasını qanunsuz hesab edir. "Report" xəbər verir ki, bu barədə V.Yanukoviç "Arqumentı i faktı" qəzetinə müsahibəsində bildirib. 

"Bu qətnamə konstitusiyaya tamamilə ziddir. Xüsusi müvəqqəti komissiya yaradılmadan, Ali və Konstitusiya məhkəmələrinin hər hansı bir rəyləri olmadan verilən qərardır. Lakin ən açıq pozuntu ondan ibarətdir ki, mənim kənarlaşdılmam haqqında qərarın lehinə tələb olunan ən azı deputatların ümumi sayının 3/4 hissəsini təşkil edən 338 deputat əvəzinə 328 deputat səs verib. Dövlət çevrilişinin təşkilatçıları bu qərarı qəbul etməklə son həddi aşıblar, onlar konstitusiya sistemini deviriblər", - V.Yanukoviç qeyd edib. 

Onun fikrincə, müxalifətin yalnız bir variantı qalıb. 

V.Yanukoviç bildirib ki, onun ölkədən getmək qərarı, həmçinin "müxalifət liderləri"nin onu öldürməyə cəhd göstərmələrindən irəli gəlir. 

Son xəbərlər

Orphus sistemi