​Xüsusi xidmət orqanının generalı Vyetnam prezidenti olub

​Xüsusi xidmət orqanının generalı Vyetnam prezidenti olub Müxalifət nümayəndələrini həbs etdiyi üçün ölkənin xüsusi xidmət orqanı tənqid hədəfinə çevrilib
Digər ölkələr
2 Aprel , 2016 11:50
​Xüsusi xidmət orqanının generalı Vyetnam prezidenti olub

Bakı. 2 aprel REPORT.AZ/ Vyetnam parlamenti aprelin 2-də ölkənin yeni prezidenti postuna general Çan Day Kuanqı təsdiqləyib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

60 yaşlı general bundan əvvəl Vyetnam Daxili Təhlükəsizlik Xidmətinin başçısı olub.

Parlamentdə nəticələr elan edildikdən sonra yeni prezident Çan Day Kuanq Vyetnam Kommunist Partiyası və xalqına sədaqətli olacağına and içib.

O, 2011-ci ildən bu vəzifəni tutan 67 yaşlı Çıonq Tan Şanqanı əvəz edib.

Məlumata görə, müxalifət nümayəndələrini həbs etdiyi üçün ölkənin xüsusi xidmət orqanı tənqid hədəfinə çevrilib.

Qərb ölkələri Vyetnam hakimiyyətini iqtisadi yardım qarşılığında ölkə vətəndaşlarına fikir azadlığı verməyə çağırırlar.

Son xəbərlər

Orphus sistemi